Ayrıldıqlarını açıqladıqdan 2 il sonra boşanırlar

Ayrıldıqlarını açıqladıqdan 2 il sonra boşanırlar
415 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur ulduzlar Ceyson Momoa və Liza Bone iki il davam edən ayrılığın ardından boşanmaq qərarı alıblar.

Axşam.az xəbər verir ki, Liza artıq boşanma ilə bağlı məhkəməyə müraciət edib. Sənəddə ikilinin bir-birindən maddi heç bir gözləntisinin olmadığı və övladlarının ortaq qəyyumluğunu almaq istədikləri əksini tapıb.

Qeyd edək ki, 2005-ci ildən münasibətdə olan cütlük 2017-ci ildə ailə həyatı qurub. Onların biri oğlan, digəri qız olmaqla 2 övladı var. Liza və Ceyson 2022-c ilin yanvarında ayrıldıqlarını açıqlamışdılar.