Rusiya Dövlət Akademik Malıy Teatrının bədii rəhbəri, aktyor Yuri Solom vəfat edib.
Axşam.az xəbər verir ki, sənətçi 88 yaşında dünyasını dəyişib. O, mənzilində huşunu itirdikdən sonra insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Yuri SSRİ və Qırğızıstanın Xalq artistidir. O, "Əzab içində gəzinti" filmindəki rolu ilə tanınıb.