Ötən ilin iyulunda 56 yaşında vəfat edən irlandiyalı müğənni Şineyd O'Konnorun ölüm səbəbi məlum olub.
Axşam.az xəbər verir ki, polis Londonun cənub-şərqindəki Herne Hilldəki mənzilində qəfil dünyasını dəyişən müğənninin ölümünü şübhəli hesab etmişdi. Lakin indi ifaçının təbii səbəblərdən dünyasını dəyişdiyi məlum olub.
Coroner Məhkəməsinin sözçüsü "MailOnline"a bildirib ki, bu səbəbdən də onun ölümü ilə bağlı istintaq bitib.
Qeyd edək ki, "Nothing Compares 2 U" adlı hiti ilə məşhurlaşan müğənninin 2022-ci ildə 17 yaşlı oğlu intihar etmişdi. Övladını itirən sənətçi daha sonra özünü öldürmək istəmişdi. Şineyd daha əvvəl də narkotik asılılığından əziyyət çəkdiyi vaxtlarda intihara əl atmışdı. O, 2018-ci ildə İslam dinini qəbul etmişdi.