Cem Yılmaz oğlu ilə parkda - fotolar

Cem Yılmaz oğlu ilə parkda - fotolar
1386 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Cem Yılmaz Bodrum tətilindən qayıtdıqdan sonra oğlu Kamalla birlikdə parka yollanıb.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yumor ustası keçmiş həyat yoldaşı Ahu Yağtudan təhvil aldığı oğlunu əyləndirmək üçün əlindən gələni edib. O, Kamalla birlikdə otun üstündə yuvarlanaraq, papağını başına qoyub-çıxararaq, müxtəlif əl hərəkətləri edərək onu güldürməyə çalışıb.

Qeyd edək ki, Cem Yılmaz və Ahu Yağtu 2012-ci ildə ailə qurub, bir il sonra isə boşanıblar.