“Azərbaycanın səsi”ni tərk edən iştirakçılar - fotolar

“Azərbaycanın səsi”ni tərk edən iştirakçılar - fotolar
2808 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının növbəti buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, bu dəfə münsif kürsüsündə üç nəfər əyləşib: əməkdar artist Elza Seyidcahan, müğənni Elnarə Xəlilova, meyxanaçı Namiq Qaraçuxurlu. Nadir Qafarzadə isə Fransada olduğu üçün gecəyə qatıla bilməyib. E.Seyidcahan Nadirin yoxluğuna sevindiyini bildirərək, “Nadir yoxdur, deməli dır-dır, zır-zır da yoxdur. İnsan kimi onu çox istəyirəm. Amma çox səs salır”, deyə söyləyib.

Qeyd edək ki, Elnarə tələbələri Ayişə və Simurq Qayıbovları, Elza Seyidcahan Ülkər Şahbazova və Hacı Bağırovu, Namiq Novruz Bəxtiyarov və Nəzrin Məmmədovanı, Nadir isə telefon vasitəsilə Emil Babayev və Fərid Şərifovu yarışmadan uzaqlaşdırıb.

Münsiflərin komandalarında aşağıdakı iştirakçılar qalıb:

Elnarə:  Anar Əlizadə, Cavid Kərimov, İslam Orucov, Taleh Zülfüqarov.
E.Seyidcahan: Elvin Ordubadlı, Sənan Nağı, Nicat Mehbalızadə, “Story” qrupu.
N.Qaraçuxurlu: “Avantaj” qrupu, Nicat Məmmədov, Şahin Mirzəyev, İlqar İzzətoğlu.
N.Qafarzadə: Rauf Bədəlzadə, Tacəddin Mehdizadə, Gülnar Mirzəyeva, Aqşin.

Qeyd edək ki, “Azərbaycanın səsi” müsabiqəsinin qalibi avtomobil qazanacaq və ölkəmizi “Türkvision” yarışmasında təmsil edəcək.

Hər həftənin cümə axşamı saat 21:30-da yayımlanan verilişin aparıcısı Günay Firudinqızıdır.

Foto: Rəşad ABBASOV