Çağatayın serialı ilə bağlı dəyişiklik

Çağatayın serialı ilə bağlı dəyişiklik
1399 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolunu canlandırdığı "Gaddar" serialının yayım tarixi dəyişib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl fevralın 2-də təqdim olunması planlaşdırılan ekran işi yanvarın 19-da "Fox" kanalında nümayiş olunacaq.

Qeyd edək ki, serialda Onur Saylakla Sümeyye Aydoğan da baş rol aktyorlarıdır.