Təranə plastik əməliyyatdan sonra - fotolar

Təranə plastik əməliyyatdan sonra - fotolar
8985 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Təranə Səmədovanın burnunu plastik əməliyyat etdirməsi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinin qonağı olan prodüser yeni görkəmi ilə hər kəsi təəccübləndirib.

O, “Bu görünüşümdən çox razıyam. Həkim o qədər səliqəli işləyib ki, bir qüsur tapmaq olmur. Nəticə gözlədiyimdən də əla alınıb. Yaxınlarım da təəccüblənib. Hamı təriflər yağdırır” deyə söyləyib.

Qeyd edək ki, Təranə “İstanbul Estetik Klinikası”nda əməliyyat olunub.

Foto: Rəşad ABBASOV