Çirkli pulların yuyulması və vergidən yayındığı üçün həbs olunan Dilan Polatın instaqram səhifəsi yenidən aktiv edilib.
Axşam.az xəbər verir ki, Polatın qayınanası Şükran Polat açıqlama yayıb. O bildirib ki, Dilanın səhifəsi yenidən işləməyə başlayacaq. Bunu isə kimin edəcəyi açıqlanmayıb.
Qeyd edək ki, həbs olunduğu gündən psixoloji problemləri olduğu iddia edilən Dilan Polatın 11 gün əvvəl Bakırköy Psixiatriya Xəstəxanasında müalicə aldığı məlum olub. Dilan Polatın vəkili Sevinç Horoz bildirib ki, müvəkkilinin dərmanları yenidən nizamlanıb və o, bir az dincəldikdən sonra həbsxanaya qayıdıb.