Qalkinin konsertləri növbəti dəfə təxirə düşdü

Qalkinin konsertləri növbəti dəfə təxirə düşdü
494 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın məşhur komediya ustası, müğənni Maksim Qalkinin Taylanddakı iki konserti ləğv edilib.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, onun yanvarın 24-ü və 25-nə planlaşdırılan konsertinin biletləri artıq təşkilatçılar tərəfindən satışdan çıxarılıb.

Konsertlərin ləğv edilməsinin dəqiq səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, ötən gün Maksim Qalkinin Birləşmiş Ərəb Əmirliklərindəki konserti zamanı verdiyi siyasi bəyanatlara görə 100 min dirhəm (46 min 276 manat) cərimələndiyi məlum olmuşdu. Onun bir neçə dəfə konsertləri təxirə düşüb.