Elton Con "EGOT" statusu qazandı

Elton Con "EGOT" statusu qazandı
860 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyalı müğənni Elton Con "Elton John Live: Farewell from Dodger Stadium" konsertinə görə "Emmy" mükafatı alıb və rəsmi olaraq "EGOT" statusunu qazanıb.

Axşam.az-ın məlumatına görə, bu o deməkdir ki, ifaçının kolleksiyasında ən azı bir "Emmy", "Grammy", "Oscar" və "Tony" mükafatları var.

“Mən bu axşam inanılmaz istedadlı "EGOT" qalibləri qrupuna qoşulmaqdan böyük şərəf duyuram. Bu ana gedən yol ehtiras, fədakarlıq və bütün dünyadakı pərəstişkarlarımın daimi dəstəyi ilə dolu olub" deyə, Elton Con bildirib.

Qeyd edək ki, hazırda yalnız 19 nəfərin "EGOT" statusu var.