Mişel Obama və Cennifer Lopez selfi çəkdirdi - fotolar

Mişel Obama və Cennifer Lopez selfi çəkdirdi - fotolar
2524 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən ABŞ-ın birinci xanımı Mişel Obama və müğənni Cennifer Lopez Nyu-Yorkda "LULAC"ın (Birləşmiş Latın Amerikası vətəndaşlarının liqası) immiqrasiya sisteminin tənzimlənməsi mövzusu çərçivəsində keçirilən tədbirinə qatılıblar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, səhnədə çıxış edən ifaçı daha sonra prezident Barak Obamanın xanımını tribunaya dəvət edib. Bu zaman Cennifer və Mişelin isti münasibəti gözlərdən yayınmayıb.

M.Obama ilə söhbət etdikdən sonra onunla selfi çəkdirən Lopez həmin fotonu "Twitter" səhifəsində paylaşıb.