Amerikalı aktyor Arnold Şvartseneqqer Münhen hava limanında saxlanılıb.
Axşam.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilir ki, aktyor artıq bir neçə saatdır limandakı polis bölməsindədir. Buna səbəb isə onun Almaniyaya daxil olarkən əlində "Audemars Piguet" brendindən olan saatının tapılması olub. Şvartsenegger saatı hərracda satmaq istədiyini bildirib.
Məsələ ilə bağlı Münhen Gömrük İdarəsi araşdırmaya başlayıb. İdarənin sözçüsü Tomas Meister bildirib ki, “Biz Arnold Şvartseneggeri vergidən yayınmaqda təhqiq edirik. Aktyor saatı idxal kimi qeydiyyatdan keçirməli idi".
Qeyd edək ki, "Audemars Piguet" saatının orta qiyməti 50 min dollardır. Bəzi modellərin qiymətləri bir neçə yüz min dollara çata bilər.