Həyat yoldaşı Bianka Sencori ilə birlikdə seçdiyi paltarlara görə tez-tez gündəmdə olan adını Ye olaraq dəyişdirən reper Kanye Uest bu dəfə dişləri ilə müzakirə yaradıb.
Axşam.az xəbər verir ki, o, 850 min dollar dəyərində titan protez hazırlatdırıb.
O, “Məni sevən casus” filmində Riçard Kielin canlandırdığı Caus adlı məşhur Ceyms Bond personajının dişlərini təqlid edib. Dişlərini xüsusi dizayn etdirən məşhur prosedur üçün 850 min dollar ödəyib.
Digər tərəfdən, bu yaxınlarda Kanyenin 1 milyon dollardan çox borcu olduğu ortaya çıxdı.
