Azərbaycanı bu qız təmsil edəcək - fotolar

Azərbaycanı bu qız təmsil edəcək - fotolar
3501 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu il Çində keçiriləcək “Miss Bikini World” yarışmasında Azərbaycanı “Venera” model agentliyinin üzvü İradə Quliyeva təmsil edəcək.

Bu haqda Axşam.az-a Türkiyədə yaşayan model Günay Musayevanın mətbuat katibi xəbər verib. O deyib ki, bikini yarışmasında münsif kürsüsündə Azərbaycanı Günay təmsil edəcək:

“Bu müsabiqənin ölkəmizlə bağlı bütün hüquqları ona aiddir. İradənin təmsilçi kimi seçilməsində də Günayın təşəbbüsü olub. Yarışma avqustun 28-də baş tutacaq”.

Model agentliyinin rəhbəri Samirə Rəsulova (Syama) İ.Quliyevanın “Miss Bikini World”də iştirakı ilə  bağlı bunları deyib:

“İradəni Günay Musayeva ilə birlikdə seçdik. Modelimiz yarışmanın təşkilatçıları ilə müqavilə imzalayıb. Avqustda Çinə yola düşəcək. Uğur qazanacağımıza inanırıq”.