Müğənni türkiyəli modellə klipə çəkildi - fotolar

Müğənni türkiyəli modellə klipə çəkildi - fotolar
3808 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elvin Abdullayev "Ürək qoymadın” adlı mahnısına Türkiyədə klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Altay Yaşara, musiqisi isə sənətçinin özünə aiddir. "Ürək doymadı"nın ssenari müəllifi və rejissoru ifaçının həyat yoldaşı Afət Abdullayevadır. Ekran işində Elvinin tərəf müqabili türkiyəli model Rojin Capan olub. “Panorama production”ın rəhbəri Tərlan Ələkbərzadə tərəfindən lentə alınan klip yaxın günlərdə təqdim ediləcək.

Qeyd edək ki, müğənni həyat yoldaşı Afət Abdullayeva ilə birlikdə Türkiyəyə istirahətə yollanmışdı. O, ekran işini də istirahət zamanı çəkdirib.