Tünzalə və Muradın səsləndirdiyi cizgi filminin təqdimatından fotolar

Tünzalə və Muradın səsləndirdiyi cizgi filminin təqdimatından  fotolar
1746 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayeva və şoumen Murad Dadaşovun birlikdə dublyaj etdikləri “Öz ölkələrinin əfsanəsi: Zümrüd şəhərinə qayıdış” adlı cizgi filminin təqdimat mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, gecəyə T.Ağayeva və modelyer Gülnarə Xəlilova qatılıb. Media nümayəndələrinin suallarını cavablandıran müğənni dublyajın maraqlı alındığını vurğulayıb:
 
“Gözəl bir təşəbbüs idi. Bu cizgi filmini dünyada hər bir ölkənin öz məşhuru dublyaj edir. Azərbaycanda həmin iş bizə həvalə edilib. Onun baş qəhrəmanlarını mən və Murad Dadaşov səsləndirdik. Maraqlı alındığına inanırıq. Yəqin ki, tamaşaçılar da bəyənəcəklər".

Daha sonra "28 cinema”nın təqdimatında Azərbaycan dilinə tərcümə edilən adıçəkilən cizgi filmi nümayiş olunub.

Foto: Rəşad ABBASOV