Zelmira və Herbert Fişerin evliliyi ABŞ-da yaşanan Böyük Böhran, İkinci Dünya müharibəsi, Koreya müharibəsi, Vyetnam müharibəsinə şahidlik edib.
Şimali Karolinalı cütlük 13 May 1924-cü ildə evlənib. Onlar “Ginnesin Rekordlar Kitabı”na 2008-ci ildə 85 il evliliklə - ən uzun müddətli evli cütlük kimi düşüblər.
2011-ci ildə 105 yaşlı Herbertin ölməsi ilə 85 illik evlilik sonlanmış oldu. Zelmira Herbertin ölümündən sonra 2 il yaşadı və bir gün yatıb durmadı.
Zelmira və Herbert artıq bu dünyada olmasa da, 80 ili ötmüş bu sevgi hekayəsi bizi gerçək sevginin varlığına inandıra bilər. Ölmədən əvvəl 2010-cu ildə “Sevgililər günü”ndə "Twitter" vasitəsilə sualları cavablandıran cütlük sevgilərini təsirli kəlmələrlə ifadə etmişdilər.
Axşam.az ailem.az-a istinadən cütlüyün fotolarını təqdim edir: