Məşhur cütlük – futbolçu Devid və model Viktoriya Bekhemin evliliyinin 15-ci ilini təmtəraqlı şəkildə qeyd etməsi haqda xəbər vermişdik.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu günlərdə ailədə daha bir mərasim təşkil olunub. Belə ki, sevgililərin balaca qızlarının Harperin doğum günü olub. Paparatsilər hazırlıq anından bəzi məqamları görüntüləyə biliblər.
Qeyd edək ki, Devid və Viktoriya 1999-cu ildə ailə qurublar. Bu evlilikdən onların 4 övladı var: Bruklin (15 yaş), Romeo (11 yaş), Kruz (9 yaş) və Harper.