Müğənni Cennifer Lopez qızı ilə görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əkizlərdən biri ilə kameralara tuş gələn ulduzun geyimi maraq doğurub.
O, qızını geyindirdiyi rəngə müraciət edib. Açıq çəhrayı rəngə üstünlük verən ifaçı özü ən son dəbə uyğun geyinsə də, qızı haqqında bu sözü demək doğru olmazdı. Belə ki, onun çantası və ayaqqabısı arasında heç bir uyğunluq olmadığı diqqət çəkib.