Məşhur aktrisa və müğənni Paris Hilton yenə geyimi ilə diqqət mərkəzinə düşməyi bacarıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, maraqlı parti təşkil edib.
“Come alive” sinqlının satışa çıxarılmasını qeyd edən ulduzun geyindiyi libas marağa səbəb olub. Bir müddət əvvəl alt paltarı olmadan geyindiyi çəhrayı libası ilə səs-küy yaradan Paris ona bənzər mavi geyimi ilə yenidən medianın gündəmini zəbt edib.