Türkiyəli müğənni Soner Sarıkabadayının Bakıya gəlməsi haqda xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, sənətçi dünən Nərimanov parkında keçirilən konsert proqramında səhnəyə çıxıb.
Ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə təşkil edilən konsertdə böyük çoşqu yaşanıb. Konsertdən sonra jurnalistlərin suallarını cavablandıran Soner Azərbaycan xalqını çox sevdiyini deyib:
“Azərbaycan mədəniyyətinə də böyük hörmətim var. Bu, ikinci gəlişimdir. İlk dəfə iki il öncə mükafatlandırma mərasiminə görə Bakıda qonaq olmuşdum. Şəhərinizi həddindən artıq bəyənirəm. Azərbaycanlı müğənnilərdən isə Röyanı çox sevirəm. Onunla işbirliyimiz də olub”.
Foto: Rəşad ABBASOV