Şakira oğlu ilə səhnədə - video+fotolar

Şakira oğlu ilə səhnədə - video+fotolar
3304 dəfə oxunub
  • A-
  • A
  • A+
Braziliyanın Marakana stadionunda təşkil edilən 2014-cü ilin Futbol üzrə Dünya Çempionatının bağlanış mərasimi maraqlı anlarla yadda qalıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 75 min nəfərə yaxın futbol azarkeşinin qatıldığı tədbirdə kolumbiyalı ulduz Şakira səhnəyə oğlu Milanla birlikdə çıxıb.

Rəngarəng geyimli rəqqaslarla yanaşı, göstərilən maraqlı şoular da tamaşaçıları heyran edib.

Açılış mərasiminə Cennifer Lopez, Pitbull və Klaudiya Leittenin "We are one" mahnısı ilə start verdikləri çempionatın Almaniya-Argentina matçı öncəsi səhnəyə Şakira və braziliyalı musiqiçi Karlinhos Braun çıxaraq "La la la"nı səsləndiriblər.

Bundan başqa, meksikalı gitaraçı Karlos Santana, Vayslef Cin, Aleksandr Pires və latın pop ulduzu İvete Sanqalo da öz bacarıqlarını nümayiş etdiriblər. Onlar rəqqasların müşayiəti ilə "Dünya Çempionatı 2014"-ün rəsmi himni "Dar Um Jeito"nu ifa ediblər.