Dünən Fransanın Lord şəhərindəki "Müqəddəs Ferreol" kilsəsində Lüksemburq şahzadəsi Feliks və xanımı Klerin qızları Amaliya xaç suyuna salınıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, təntənəli mərasimdə hersoq Qiyyom və hersoginya Stefaniya, şahzadə Lui və xanımı Tessi, knyaz Anri və knyaqiniya Mariya-Tereza da iştirak ediblər.
Qeyd edək ki, Amaliyanın xaç valideynləri dayısı - Klerin böyük qardaşı Feliks Lademaxer və bibisi - şahzadə Feliksin 23 yaşlı bacısı Aleksandra olublar.
Xatırladaq ki, şahzadənin qızı iyunun 15-də dünyaya gəlib.