Rozanın “Şirin çay”ı

Rozanın “Şirin çay”ı
2982 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli növbəti hit mahnısını təqdim etməyə hazırlaşır.

Bu barədə Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, sözləri və musiqisi aparıcı-bəstəkar Murad Arifə məxsus olan “Şirin çay” adlı bəstəni lentə aldıracaq:

“Bir neçə gün öncə dostum Muradla bir araya gəldik. Mənə mahnı göstərdi, qulaq asan kimi bəyəndim. Düşünürəm ki, Muradın verdiyi “Atəş” bəstəsindən sonra “Şirin çay” da mənə düşərli olacaq. Bu ritmik mahnıya klip çəkdirməyi də düşünürəm”.