Hollivud aktrisası Skarlet Yohanssonun hamilə olduğu hələ keçən ildən bəri söylənilsə də, ulduz hər dəfə bu fikirləri inkar edirdi.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, artıq şayiələrin doğrulandığı bir dövrdə aktrisa hamiləliyini gizlətmək fikrində deyil.
Ulduz bu günlərdə paparatsilərin hədəfinə tuş gəlib. Hamiləliyinin bir xeyli irəlilədiyi açıq-aydın hiss olunan Skarlet Nyu York küçələrində fotokameraların obyektivindən yayına bilməyib.