Müğənni Kristina Aqilera Los-Ancelesdə sevgilisi Mett Ratler və oğlu Maksla birlikdə gəzərkən görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əyləncəli dəqiqələr keçirən ailə dondurma yeyib və daha sonra qolf oynamağa yollanıb.
Fotoqrafların diqqətindən qaçmayan məqam isə tez-tez Maksın anasına tərəf getməsi və hamilə Kristinanın qarnını sığallaması olub.
Aktrisanın olduqca dar libas geyinməsi hamiləliyini daha da qabarıq göstərib. O, papaq və günəş eynəyi ilə stilini tamamlayıb.