Bakıda təcridxanada nikah mərasimi - fotolar

Bakıda təcridxanada nikah mərasimi -  fotolar
4717 dəfə oxunub
  • A-
  • A
  • A+

“ASAN” xidmətin fəaliyyətindən azadlıqdan məhrum edilmiş şəxslərin də yararlanmasına şərait yaradılması məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tədbirləri davam edir.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Penitensiar müəssisələrdə saxlanılan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsindən əlavə “ASAN” xidmət tərəfindən göstərilən nigahın qeydə alınması xidmətindən də istifadə etməyə başlayıb.
 
Belə ki, Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nigah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.
 
İyulun 14-də təcridxananın inzibati binasında 4 saylı Bakı "AsanXidmət" mərkəzinin qeydiyyat şöbəsinin müdiri Rəşidə Məmmədova tərəfindən İsmayılov Vüqar Qədir oğlunun vətəndaş İbrahimova Firəngiz Araz qızı ilə nigahı qeydə alınıb. Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.