Bir müddətdir ki, ayrılacaqları söylənilən Beyons və Cey Zi cütlüyü yayılan xəbərləri təkzib edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sevgililər konsert zamanı səmimi pozlarla yadda qalıblar.
Musiqi dünyasının ən çox qazanan cütlüyü turne zamanı aldıqları səhnədə pis günləri arxada buraxdıqlarını nümayiş etdiriblər. Cey Zinin Beyonsu aldatdığı ortaya çıxdıqdan sonra aralarında soyuq küləklər əsən sevgililər sarmaş-dolaş halları ilə maraq doğurublar.