Almaniya kansleri Angela Merkel Futbol üzrə Dünya Çempionatında ölkəsinin yığması ilə selfi çəkdirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, kanslerin futbolçularla birlikdə olan şəkilləri Almaniya millisinin yarımmüdafiəçisi Sami Hedira tərəfindən "Facebook" səhifəsində paylaşılıb.
Qeyd edək ki, çempionatın final oyununda Almaniya-Argentina matçını "Marakana" stadionundan izləyən Merkel komandasının qələbə sevincinə ortaq olub.