Əməkdar artist Lalə Məmmədova ötən gün Dənizkənarı Milli Parkda ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə keçirilən konsertdə fotokameramıza tuş gəlib.
Axşam.az-ın məlumatına görə, müğənni səhnəyə çıxaraq, sevilən mahnılarını səsləndirib.
Qeyd edək ki, əməkdar artist müxbirimizlə söhbətində istirahətindən danışıb. O, bu il yeni doğulan qızı Çinarəyə görə xaricə tətilə gedə bilmədiyini, bu səbəbdən bağ evində dincəldiyini bildirib.