“Real Madrid” futbol klubunun oyunçusu Xavi Alonso dünya çempionatı bitdikdən sonra həyat yoldaşı ilə istirahətə yollanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Mario Balotelli Mayamidə romantik şam yeməyinə çıxdığı halda, ispan yığmasının ulduzu Alonso Portofinoya yollanıb.
32 yaşlı futbolçu həyat yoldaşı ilə evliliyinin 5 illiyini qeyd edib. Olduqca romantik və əyləncəli dəqiqələr yaşayan cütlük fotokameraların hədəfindən də yan keçməyiblər.