Müğənni və aktrisa Teylor Svift “Keds” firması ilə əməkdaşlığı davam etdirir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, brendin yaz-yay kolleksiyasının siması olan Teylor 100 illik tarixə malik ayaqqabıları reklam edib.
Rəngarəng idman ayaqqabıları ilə maraqlı fotosessiya etdirən Teylor görünüşü ilə maraq doğurub. Əsl yay ab-havalı rəngarəng fotolar çəkdirən Svift qlamur tərzi ilə pərəstişkarlarından müsbət rəy alıb.