Elçin sevənləri ilə görüşə cangüdənlə gəldi – fotolar
Ölkə
11:21 / 16.07.14
1641dəfə oxunub
A-
A
A+
Müğənni Elçin Cəfərov ötən gün pərəstişkarlarıyla görüşərək imza günü keçirib.
Axşam.az-ın məlumatına görə, ifaçı sevənləri ilə şəkillər çəkdirib və onlara imzalı albomunu hədiyyə edib. Elçin bu cür görüşləri bundan sonra da təkrarlayacağını bildirib:
“Əslində sizlərlə tez-tez görüşmək istəyərəm. Amma hər dəfə belə imkan tapmıram. İşlərimin çoxluğundan pərəstişkarlarımla çox az bir araya gəlirəm. Bugünkü görüşü dicey Kazım Sübhan təşkil edib. Sevənlərimə “Dilimin ucunda” mahnımın yer aldığı sinqlımı hədiyyə edəcəm”.
Qeyd edək ki, adıçəkilən bəstənin musiqisi E.Cəfərova, sözləri Azər Şirinə, aranjimanı isə Tərlan Məmmədhüseynova məxsusdur.
Tədbirdə diqqət çəkən məqamlardan biri isə Elçinin görüşə cangüdənlə gəlməsi olub.