Ramazan bayramında Qəbələdə konsertlər olacaq

Ramazan bayramında Qəbələdə konsertlər olacaq
1197 dəfə oxunub
  • A-
  • A
  • A+
Ramazan bayramı ilə əlaqədər Qəbələdə konsertlər keçiriləcək.

Bu haqda Axşam.az-a açıqlamasında təşkilatçı Nahid Emiloğlu məlumat verib. O, iki gün – iyulun 28-29-da maraqlı gecə təşkil ediləcəyini bildirib. Belə ki, ayın 28-də əməkdar artist Baloğlan Əşrəfov, 29-da isə xanəndə Elnarə Abdullayeva səhnəyə çıxacaq:
 
“Hər iki konsertin məşqləri başlayıb. Baloğlan Əşrəfov və Elnarə Abdullayevanın sənətinin vurğunları, bayramı gözəl keçirtmək istəyən hər kəs gecəyə dəvətlidir”.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Qəbələ Qafqaz Sport Hotel”də baş tutacaq hər iki proqramın aparıcısı Zaur Nəbioğludur.