Sertab Erener 21 il sonra yenidən "Avroviziya" səhnəsində

Sertab Erener 21 il sonra yenidən "Avroviziya" səhnəsində
1511 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə illər sonra "Avroviziya" səhnəsinə çıxacaq.

Axşam.az xəbər verir ki, bu barədə müğənni Sertab Erener məlumat yayıb. O, bildirib ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024"də səhnəyə çıxacaq.

Sertab İsveçdən dəvət aldığını deyib. Müğənni səhnədə daha əvvəl 2003-cü ildə sözügedən yarışmada oxuduğu və ölkəsinə ilk birinciliyi qazandıran "Everyway That I Can" mahnısının fərqli versiyasını səsləndirəcək.

Xatırladaq ki, Türkiyə sonuncu dəfə "Avroviziya"da 2012-ci ildə Azərbaycanda keçirilərkən iştirak edib.

Qeyd edək ki, müsabiqədə ölkəmizi Fahree (Fəxri İsmayıl) təmsil edəcək.

Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.