Nadir "kiçik əjdaha" ilə duet oxudu - video+fotolar

Nadir "kiçik əjdaha" ilə duet oxudu - video+fotolar
1263 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə “kiçik əjdaha” dediyi tələbəsi Rauf Bədəlzadə ilə oxuduğu “Unutulur” adlı duetini mediaya təqdim edib.

Axşam.az-ın məlumatına görə, sənətçi mahnının dinləyicilər tərəfindən seviləcəyini bildirib:

“Mənə bu sənətə gələndə heç kim kömək etməyib. Daim yolumu bağlamaq istəyiblər. Məhz bu amili nəzərə alıb, istedadlı gənclərə dəstək olmağı qərara almışam. Bu gün tələbəm Raufla birlikdə qədim türk bəstələrindən olan “Unutulur” adlı mahnını dinləyicilərin ixtiyarına verdik. Bu nəğməni iki versiyada lentə aldırmışıq. Ötən ay birinci, daha sonra isə ikinci formanı hazırladıq. Düşünürəm ki, duetimiz seviləcək. Rauf mənim dəstəklədiyim sonuncu gənc olmayacaq. Münsif kürsüsündə əyləşdiyim “Azərbaycanın səsi” layihəsində iştirak edən bir neçə tələbəmə kömək edəcəm. Raufla ifa etdiyim bu mahnıya klip də çəkdirəcəyik. Ekran işi hazır olduqdan sonra, dinləyicilərin ixtiyarına veriləcək”.

N.Qafarzadə və R.Bədəlzadənin “Unutulur” adlı duetini təqdim edirik.