Rihanna Fələstini dəstəkləyən mesajından danışdı

Rihanna Fələstini dəstəkləyən mesajından danışdı
1261 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya pop ulduzu Rihanna "Twitter" hesabından paylaşdığı "Fələstinə azadlıq" mesajına görə izləyicilərinin təzyiqi ilə üzləşmiş və tvitini silmək məcburiyyətində qalmışdı.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, müğənni bunun bir təsadüf nəticəsində baş verdiyini deyib. Onun sözlərinə görə, belə bir yazı yazmaq niyyətində olmayıb, sadəcə İsrail-Fələstin münaqişəsi ilə bağlı oxuduğu məqalənin bir hissəsini köçürdüyü zaman qalmaqallı fikrin hesabında yayımlanmasına səbəb olub. İfaçı bildirib ki, nə Fələstin, nə də İsrailin tərəfində dayanmır, sadəcə qan tökülməsinin dayandırılmasını dəstəkləyir.

Xatırladaq ki, Rihanna siyasi məsələdə rəy bildirdiyi üçün pərəstişkarlarının təzyiqi ilə üzləşmişdi və onlar müğənnidən nə üçün Fələstini dəstəklədiyini soruşmuşdular.

Qeyd edək ki, İsrailin bir həftəyə yaxındır ki, bombaladığı Qəzza bölgəsində 200-ə yaxın insan ölüb, 2 min nəfər isə yaralanıb.