Teylor Svift "Forbes"in milyaderlər siyahısında

Teylor Svift "Forbes"in milyaderlər siyahısında
354 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur amerikalı müğənni Teylor Svift ilk dəfə milyarderlər siyahısına daxil edilib.

Axşam.az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.

Sviftin sərvəti 1,1 milyard dollar dəyərində qiymətləndirilir. Sənətçi dünyanın ən varlı adamları reytinqində 2546-cı yerdədir. Müğənni 2023-cü ilin oktyabrında "Eras" turunun uğuru və musiqi kataloqunun artan dəyəri sayəsində milyarder olub.

Nəşr qeyd edib ki, Svift yalnız mahnıları və ifaları əsasında reytinqə daxil olan ilk musiqiçidir.

Sənətçinin sərvətinə qonorar və qastrol səfərlərindən əldə edilən 500 milyon dollardan çox pul, üstəlik 500 milyon dollar dəyərində musiqi kataloqu və təxminən 125 milyon dollar dəyərində daşınmaz əmlak daxildir.

Zəngin insanların reytinqində lider "LVMH" moda konqlomeratının sahibi Bernard Arnodur (222,4 milyard dollar). İkinci yerdə "Amazon"un qurucusu Ceff Bezos (198,7 milyard dollar), üçüncü yerdə isə “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, tviterin sahibi İlon Maskdır (190,1 milyard dollar). Dördüncü pillədə isə "Meta" korporasiyasının rəhbəri Mark Zukerberqdir (173,1 milyard dollar).