Tanışı tərəfindən döyüldü, xəstəxanalıq oldu

Tanışı tərəfindən döyüldü, xəstəxanalıq oldu
375 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada yayımlanan "Səs" şousunun altıncı mövsümünün finalçısı (şouda üçüncü olub - red.) Ladislav Bubnar Moskvada tanışı tərəfindən döyüldükdən sonra xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, həkimlər müğənniyə kəllə-beyin travması və boyun bağının əyilməsi diaqnozu qoyublar. Bubnar müalicənin ardından evə buraxılıb.

O, tanışı tərəfindən döyüldüyünü deyib. Hazırda polis hadisənin səbəblərini araşdırır.