Milyarderlər siyahısında onlar da var

Milyarderlər siyahısında onlar da var
926 dəfə oxunub
  • A-
  • A
  • A+

Reper Cey-Z və müğənni Rihanna "Forbes"in milyarderlər siyahısına daxil olublar.

Axşam.az xəbər verir ki, 54 yaşlı hip-hop ulduzu məşhurlar arasında beşinci, Rihanna isə doqquzuncu yerdə qərarlaşıb.

"Forbes"in hesabatına görə, Cey-Z-nin sərvəti 2,5 milyard dollar olaraq qiymətləndirilir. Sənətçi alkoqol brendlərinin səhmlərinin satışından bir milyarddan çox pul qazanıb. O, həmçinin "Uber" və "Block"da paylara sahibdir. Sahibkarın sərvətinə həyat yoldaşı Beyonsun 500 milyon dollarlıq sərvəti daxil deyil.

Rihannaya gəlincə isə onun sərvəti 1,4 milyard dollardır. Pop ulduz kosmetika şirkəti "Fenty Beauty" və "Savage X Fenty" alt paltarı brendinin sahibidir.