"Qonaq aktrisa kimi rol alsam, yox deməyəcəyəm"

"Qonaq aktrisa kimi rol alsam, yox deməyəcəyəm"
500 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktrisa Məryəm Üzərli karyerası ilə bağlı danışıb.

Axşam.az xəbər verir ki, aktrisa hansı rolları canlandıra biləcəyinə toxunub.

"Məni həyəcanlandırmayan bir obraz üçün özümü yormaq istəmirəm. Amma yenə də hamımızın çalışmağı lazımdır. Ola bilər ki, qonaq aktrisa kimi rol olsun. Ya da böyük bir layihə ortaya çıxsa və məni cəlb edən bir obraz olsa, yox deməyəcəyəm. Amma o zaman həqiqətən də prodüserlərdə fərqli bir uyğunluq tapmağım lazımdır ki, işləmə şəraitim də ona uyğun olsun. Çünki bu, mənim alətimdir. İçimdəki dünyanı ortaya qoyuram" deyə, Məryəm bildirib.

Qeyd edək ki, M.Üzərli son açıqlamasında ekran işlərində rol almaq üçün 1 bölümə 20 milyon lirə ( təxminən 1 milyon 129 min manat) qonorar istədiyini demişdi.