Keçmiş əri ilə videosunu paylaşıb sonra sildi

Keçmiş əri ilə videosunu paylaşıb sonra sildi
813 dəfə oxunub
  • A-
  • A
  • A+

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirslə keçmiş həyat yoldaşı Sem Asqari ilə videosunu yayımlayıb.

Axşam.az xəbər verir ki, görüntülərdə ikilinin rəqs etdiyi əks olunub.

"Mən çox sevirəm, ayıbdır. Səni bütün həyatımboyu sevəcəm! Bu, saxlamağa çalışmaq istədiyim xüsusiyyətdir. Geriyə baxmaq bəzən çətin olur, amma düzünü desəm, vacibdir. Bir çox hallarda həddən artıq həssas oluram. Gənc olanda daha asan idi. Düşünürəm ki, insanlara daha çox güvənirdim və dünyanın qəddarlığını yaşamadım. İnsanlara qarşı həssas və açıq olmaq üçün darıxıram" deyə, Britni paylaşımında yazıb.

Lakin o, sonra videonu hesabından silib.

Qeyd edək ki, Britni ilə Sem 2016-cı ildən "Slumber Party" üçün klip çəkilişində tanış olduqdan sonra münasibətə başlayıblar və 2022-ci ildə  evləniblər. Onlar ötən il boşanıblar.

Bu, müğənninin üçüncü evliliyi idi. Onun Kevin Federlaynla evliliyindən iki oğlu var. Oğullar ataları ilə yaşayır və anaları ilə az ünsiyyətdə olurlar.