Emin "Yaşıl Teatr"da konsert verdi - fotolar

Emin "Yaşıl Teatr"da konsert verdi -  fotolar
3111 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən müğənni-bəstəkar Eminin “Yaşıl Teatr”da daha bir konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, səhnəyə atəşfəşanlıqla çıxan ifaçı ilk olaraq mahnılarından ibarət popuri səsləndirib. Daha sonra Emin qonaqları salamlayıb:

“Bakını çox sevirəm. Bu gecəyə xüsusi hazırlaşmışam. Həm oxuyacağıq, həm də rəqs edəcəyik. Burada olmaq çox xoşdur. Azərbaycandakı konsertlərimin mənim üçün xüsusi yeri var”.

Müğənnini dinləməyə gələnlər arasında SSRİ xalq artisti, bəstəkar, mərhum Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavska da olub. Emin T. Sinyavskayaya təşəkkür edərək M.Maqomayevin repertuarından “O more-more” mahnısını səsləndirib.

Gecədə müğənni tamaşaçılarla səmimi söhbəti, davranışı ilə də yadda qalıb. İki dəfə tamaşaçıların yanına enən məşhur onlarla şəkillər də çəkdirib.

Qeyd edək ki, bu, Eminin “Yaşıl Teatr”dakı sayca altıncı konserti olub.

Foto: Ruslan ALLAHVERDİYEV