Nuri Alço yenidən xəstəxanalıq oldu

Nuri Alço yenidən xəstəxanalıq oldu
569 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yeşilçam"ın ulduzlarından olan Nuri Alçonun səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, 72 yaşlı aktyor bayramı keçirtmək üçün Eskişehirdəki evinə gedib. Halı pisləşən N.Alço həyat yoldaşı Burcu Alçodan təcili tibbi yardım çağırmasını istəyib. Xəstəxanaya aparılan aktyorun beynində laxtanın olduğu ortaya çıxıb.

"Nuri dünən gecə nəfəs almamağa başladı. Ürək qapağı dəyişdirildiyi üçün ürəyində problem yarandığını düşündüm. Lakin o, məni tanımadı və “Mən hardayam?” deyə soruşmağa başladı. Məndən təcili yardım çağırmağımı xahiş etdi. Dərhal xəstəxanaya apardıq. Beynində laxtalanma olduğu üçün yaddaş itkisi yaşayıb.

O, hazırda müşahidə altındadır. Reanimasiyada saxlanılır. Özünə gəldi, yaddaşı yerindədir. Qan durulaşdıran həblərdən istifadə edirdi. 10 gündür Eskişehirdəyəm. Düşünürəm ki, yoxluğumda buna məhəl qoymayıb, ona görə də belə bir problem yaranıb. Allaha şükür, indi yaxşıdır. Əməliyyata ehtiyac yoxdur" deyə, N.Alçonun xanımı deyib.

Qeyd edək ki, ötən il də qəfil halı pisləşən aktyor xəstəxanalıq olmuşdu.