"Taxt oyunları"nın aktyoru prokurordan 40 milyon tələb edir

"Taxt oyunları"nın aktyoru prokurordan 40 milyon tələb edir
362 dəfə oxunub
  • A-
  • A
  • A+

"Taxt oyunları" serialının aktyoru Cozef Qatt onu pedofil adlandıran Los-Anceles prokurorunu məhkəməyə verib.

Axşam.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

İddianın məbləği 40 milyon dollarıdır. Həmçinin təqsirləndirilənlər arasında Los-Anceles dairəsinin özü, yerli polis detektivi və prokuror müavini də var.

Qeyd edək ki, Qatt 2022-ci ildə azyaşlıya təcavüz etməkdə şübhəli bilinərək həbs olunmuşdu. Sonradan isə ittiham ləğv edilib. İndi sənətçi əsassız ittihamlarla onun karyerasının məhv edildiyinə və şəxsi nüfuzuna xələl gətirildiyinə görə təzminat istəyir. 

Prokurorluq isə prosesin hələ yekunlaşmadığını əsas gətirərək nəşrə vəziyyəti şərh etməkdən imtina edib.