Yenidən xəstəxanaya yerləşdirildi

Yenidən xəstəxanaya yerləşdirildi
496 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur aktrisa Kristina Asmus yenidən xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

“Bu gün səhnəyə çıxmalı idim. Amma gecə hərarətim 40-a qalxdı və xəstəxanaya yerləşdirildim” deyə, aktrisa bir müddət xəstəxanada müalicə alacağını əlavə edib. O, səhhətində hansı problemin olduğunu açıqlamayıb.

Qeyd edək ki, Asmus daha əvvəl virusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilmişdi. O, virusa çəkiliş meydançasındakı çirkli çayda çimdikdən sonra yoluxub.