Aktyorun özündən 25 yaş kiçik modellə sevgili olduğu təsdiqləndi

Aktyorun özündən 25 yaş kiçik modellə sevgili olduğu təsdiqləndi
2019 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda Türkiyədə reytinqlərdə ilk sırada yer alan və müzakirələrə səbəb olan "İnci taneleri" serialının baş rol ifaçısı Yılmaz Erdoğan haqqında çıxan iddialar təsdiqini tapıb.

Axşam.az xəbər verir ki, model Cansu Taşkın özündən 25 yaş böyük aktyorla sevgili olduğunu doğrulayıb.

"Xəbərlər doğrudur. Şəxsi həyatımla bağlı heç vaxt danışmamışam və belə də davam edəcək. Doğrudur deyirəm, çünki bu haqda soruşdunuz. Yəni nəticədə biz pis bir iş görməmişik. Bu, normal deyil? Bu mövzuda çox danışmaq istəmir,o mənim üçün çox dəyərli biridir" deyə, model açıqlayıb.

Yılmaz hələ ki, məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, model 2 il əvvəl ailə qurduğunu açıqlamışdı. Yılmaz isə iki dəfə evlənib boşanıb və 2 övladı var.