Xəstəlikdən əziyyət çəkən aktyorun arzusu

Xəstəlikdən əziyyət çəkən aktyorun arzusu
420 dəfə oxunub
  • A-
  • A
  • A+

“Gələcəyə dönüş” (“Back to the future”) filmi ilə məşhurlaşan kanadalı aktyor Maykl Foks uzun aradan sonra ortaya çıxıb.

Axşam.az xəbər verir ki, 29 yaşından Parkinson (hərəkətin pozulması) xəstəliyindən əziyyət çəkən Maykl yenidən karyerasına qayıtmaq istədiyini etiraf edib.

"Biri mənə hər hansı rol təklif edərsə, oynayaramsa, bu, əla olar. Reallığı və çətinliklərimi əks etdirən bir layihə istəyirəm, bunu bacararam. Bu rol karyeramın sonu olacaqsa, elə də olsun" deyə, 62 yaşlı aktyor söyləyib.

Qeyd edək ki, Maykl 2020-ci ildə ikinci dəfə karyerasını bitirdiyini açıqlamışdı.