Rusiyanın Əməkdar artisti intihar etdi

Rusiyanın Əməkdar artisti intihar etdi
823 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Əməkdar artisti, opera və estrada müğənnisi, “Qolos” (“Səs” yarışması) şousunun iştirakçısı Yevgeni Kunqurov Moskvanın mərkəzində intihar edib.

Axşam.az xəbər verir ki, "112" teleqram kanalının məlumatına görə, o, həyat yoldaşına mesaj yazaraq intihar edəcəyini deyib. 

Xanımı xilasetmə xidməti ilə əlaqə saxlayıb. O, ərindən mesaj aldığını və onu mənzildə intihar edəcəyi ilə hədələdiyini bildirib. Mesajda "cəsədimi sabah vannada tapacaqsan" deyə, yazıb. Bundan sonra ifaçı zənglərə cavab verməyib.

40 yaşlı Kunqurovun meyiti evinin yaxınlığında tapılıb.

"TASS"ın hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, sənətçinin bədənində zorakılıq əlamətləri yoxdur. Kunqurovun son vaxtlar depressiya vəziyyətində olduğu təsdiqlənib.