Rusiyada Urqanta qarşı daha bir qadağa tələbi

Rusiyada Urqanta qarşı daha bir qadağa tələbi
342 dəfə oxunub
  • A-
  • A
  • A+

Korrupsiyaya Qarşı Federal Layihənin rəhbəri Vitali Borodin Rusiyanın Mədəniyyət Nazirliyindən məşhur şoumen İvan Urqantın çəkildiyi yeni filmə qadağa qoyulmasını tələb edib.

Axşam.az xəbər verir ki, söhbət "Yuxuda acı-acı ağladın" ("Во сне ты горько плакал") filmindən gedir.

Belə ki, Borodin ekran işinə yayım sertifikatının verilməməsini istəyir. O, Urqant, rejissor Nikolay Solodovnikov və kinoprodüser Aleksandr Sokurovu “rusofoblar” adlandırıb. 

Qeyd edək ki, martın 13-də Urqant üç illik fasilədən sonra kinoya qayıtdığını açıqlayıb. Onun ən son çəkildiyi film “Yolki-8” (2021) Yeni il komediyası olub.